Cəlal Hüseynovun komandası Rumıniya Super Liqasında qələbə qazandı

24 Oktyabr 2026 00:07
102
Cəlal Hüseynovun komandası Rumıniya Super Liqasında qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Super Liqasının 13-cü turunda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, komanda səfərdə “Botoşani”ni 3:1 hesabı ilə məğlub edib.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Cəlal Hüseynov 72-ci dəqiqədə meydana daxil olub. Həmin vaxt matçın yekun hesabı artıq müəyyənləşmişdi.

Bu qələbədən sonra xallarının sayını 23-ə çatdıran “Petrolul” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

İdman.Biz