Ronaldu 1000 qolun astanasında: Tarixi göstəriciyə 24 qol qalıb

13 Avqust 2026 18:00
111
Ronaldu 1000 qolun astanasında: Tarixi göstəriciyə 24 qol qalıb

Səudiyyə Ərəbistanı çempionatında 2026/2027 mövsümünün başlaması ilə Kriştianu Ronaldunun 1000 qol uğrunda yürüşü də yeni mərhələyə qədəm qoyur.

İdman.Biz xəbər verir ki, “Əl-Nəsr”in 41 yaşlı kapitanı hazırda rəsmi oyunlarda 976 qol vurub. Beləliklə, portuqaliyalıya karyerasında 1000 qol həddinə çatmaq üçün daha 24 dəfə fərqlənmək lazımdır.

Ronaldunun bu göstəriciyə elə qarşıdakı mövsümdə çatmaq ehtimalı yüksək qiymətləndirilir. O, son 22 mövsümün yalnız birində 24 qoldan az vurub. “Əl-Nəsr”ə keçdikdən sonra isə bütün turnirlərdə 148 oyunda 129 dəfə fərqlənib.

Portuqaliyalı daha əvvəl 1000 qol həddinə çatmaq istədiyini gizlətməyib. Bununla belə, əsas məqsədinin komanda ilə titullar qazanmaq olduğunu bildirib.

“Əl-Nəsr” yeni mövsümə son Səudiyyə Ərəbistanı çempionu kimi başlayır. Ər-Riyad klubu ötən mövsüm çempionluğu təmin edib və indi titulunu qorumağa çalışacaq.

Komandanı yeni mövsümdə Ange Postekoğlu çalışdıracaq. Avstraliyalı mütəxəssis iyulda Xorxe Xesusu əvəzləyib və “Əl-Nəsr”lə ikiillik müqavilə imzalayıb.

Ronaldunun 1000 qol yolunda ilk fürsəti avqustun 15-də yaranacaq. “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının yeni mövsümündə ilk oyununu “Əl-Fateh”ə qarşı keçirəcək.

41 yaşlı hücumçu hazırkı məhsuldarlığını qoruya bilsə, tarixi 1000-ci qolunu 2026/2027 mövsümü ərzində vurması real görünür. “The National”ın hesablamasına görə, bunun üçün ən real dövrlərdən biri 2027-ci ilin fevralı ola bilər.

İdman.Biz