“Tottenhem” 2026/27 mövsümü üçün bənövşəyi rəngli formasını təqdim edib - FOTO

11 Avqust 2026 18:26
142
“Tottenhem” 2026/27 mövsümü üçün bənövşəyi rəngli formasını təqdim edib

“Tottenhem” 2026/27 mövsümü üçün üçüncü formasını təqdim edbi.

İdman.Biz bildirir ki, Nike tərəfindən dizayn edilən forma bənövşəyi rəngdədir.

Dizayn “Tottenhem”in 1990-cı illərin ortalarından qalma klassik bənövşəyi səfər formalarından ilhamlanıb.

Klubun açıqlamasında deyilir: "İnamdan ilhamlanan forma cəsarətli dizayna malikdir və kişi və qadın komandalarının hər iki heyətə həyəcanverici yeni əlavələrlə çoxdan gözlənilən yeni futbol mövsümünə hazırlaşdığı bir vaxtda gələcəyə dair vizyonu əks etdirir".

“Tottenhem” ötən mövsüm Premyer Liqada 41 xal qazanaraq turnir cədvəlində 17-ci yeri tutub.

İdman.Biz