Luis Enrike: “Superkubok finalı haqqında düşünməyə başlamalıyıq”

9 Avqust 2026 00:54
124
Luis Enrike: “Superkubok finalı haqqında düşünməyə başlamalıyıq”

PSJ-nin baş məşqçisi Luis Enrike "Mançester Yunayted"lə yoldaşlıq oyununun nəticələrini şərh edib.

İdman.Biz bildirir ki, matç 1:1 hesabı ilə başa çatıb.

"Bəzi yaxşı şeylər gördük - matça çox yaxşı başladıq. Sonra bir neçə səhv etdik ki, bu da mövsümün bu mərhələsində normaldır. Düşünürəm ki, müsbət cəhət odur ki, oyunçulardan heç biri zədələnməyib və daha bir neçə oyunçu gələn bazar ertəsi günü geri qayıdacaq.

İndi Superkubok finalı haqqında düşünməyə başlamalıyıq. Mövsümün bu qədər erkən başlaması bir üstünlükdür: hansı oyunçuların finala ən çox hazır olacağını anlamağımız vacibdir. Amma oyunçuların geri qayıtmasından məmnunuq; hamımız yenidən bir yerdəyik - və bu, əladır", - deyə Paris klubunun rəsmi saytında Luis Enrikenin sözləri sitat gətirilir.

PSJ və "Aston Villa" arasında UEFA Superkuboku matçı 12 avqustda keçiriləcək. Oyun Avstriyanın Zaltsburq şəhərindəki "Red Bull Arena"da keçiriləcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.

İdman.Biz