UEFA-nın 51-ci Konqresi 2027-ci aprelin 22-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
İdman.Biz Qazaxıstanın Turizm və İdman Nazirliyinə istinadən xəbər verir ki, yədbirin gündəliyində UEFA prezidentinin, eləcə də İcraiyyə Komitəsi üzvlərinin seçilməsi məsələsi də yer alacaq.
UEFA Konqresi Avropa Futbol Assosiasiyaları İttifaqının ən yüksək idarəetmə və qanunvericilik orqanıdır. Konqresdə UEFA-nın üzvü olan bütün 55 milli futbol assosiasiyasının nümayəndələri, UEFA prezidenti, İcraiyyə Komitəsinin üzvləri və FIFA, Avropa liqaları, klub assosiasiyaları və beynəlxalq idman təşkilatlarının nümayəndələri iştirak edəcək.
Tədbirin təşkili ilə bağlı bütün xərclər UEFA tərəfindən ödəniləcək.
