“İnter” Avstraliyada keçirilən yoldaşlıq oyununda “Milan”la heç-heçə edib

5 Avqust 2026 18:37
81
“İnter” Avstraliyada keçirilən yoldaşlıq oyununda “Milan”la heç-heçə edib

“Milan” və “İnter” arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Avstraliyanın Pert şəhərindəki “Optus” stadionunda oynayıblar. Yekun hesab 1:1 olub.

“İnter”in yarımmüdafiəçisi Federiko Dimarko 53-cü dəqiqədə hesabı açıb. “Milan”ın hücumçusu Kristofer Nkunku 84-cü dəqiqədə penaltidən qol vurub.

Daha əvvəl “Milan” “Seltik”lə heç-heçə etmişdi (2:2), “İnter” isə “Mançester Siti”ni məğlub etmişdi (1:1, penaltilərdə 3:1).

“Milan” 2025/2026-cı il İtaliya çempionatı mövsümünü 38 matçdan 70 xalla turnir cədvəlində beşinci yerdə başa vurub. “İnter” eyni sayda matçdan 87 xal qazanaraq İtaliya çempionu olub.

İdman.Biz
Məqalədə: