İngiltərənin “Çelsi” futbol komandasının cinah oyunçusu Mixaylo Mudrik uzun fasilədən sonra meydana qayıdıb.
İdman.Biz xəbər verir ki, ukraynalı futbolçu Honkonqda “Yuventus”a qarşı keçirilən yoxlama matçında iştirak edib.
Mudrik qarşılaşmanın son 12 dəqiqəsində oynayıb. Bu, onun 2024-cü ilin noyabrından sonra “Çelsi”nin heyətində ilk matçı olub. Futbolçu təxminən 20 aylıq fasilədən sonra London təmsilçisinin formasını geyinib.
Görüş “Yuventus”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. İtaliya təmsilçisinin yeganə qolunu uzaq məsafədən dəqiq zərbə ilə Edon Jeqrova vurub.
Qeyd edək ki, Mudrik bundan əvvəl “Çelsi”nin heyətində sonuncu dəfə 2024-cü ilin noyabrında UEFA Konfrans Liqasında “Haydenhaym”la oyunda meydana çıxıb. London klubu həmin qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında onun dopinq nümunəsində qadağan olunmuş meldonium maddəsi aşkarlanıb və futbolçu müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılıb. Mudrik maddəni şüurlu şəkildə qəbul etmədiyini bildirib.
Sonradan işə yenidən baxılıb. Yeni elmi və texniki standartlara əsasən, onun nümunəsi indiki qaydalarla yoxlanılsaydı, müsbət nəticə kimi qeydə alınmayacaqdı. Buna görə proses razılaşma ilə yekunlaşıb və Mudrikə dərhal futbola qayıtmağa icazə verilib.
