Mbappe sevgilisi üçün “paltar asılqanı”na çevrildi - FOTO

5 Avqust 2026 17:38
98
Mbappe sevgilisi üçün “paltar asılqanı”na çevrildi - FOTO

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe yay tətilində meydandan kənar görüntüsü ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Fransa millisinin kapitanı sevgilisi olduğu bildirilən ispaniyalı aktrisa və model Ester Ekspositonun bir neçə paltarını daşıyarkən görüntülənib.

Cütlük bundan əvvəl Barselonada birlikdə görüntülənib. Mbappe və Ekspositonun şəhərin məşhur turistik məkanlarından olan “Sagrada Familia” bazilikasına xüsusi ekskursiyaya qatıldığı bildirilib.

Fransalı futbolçunun Madridə qayıdaraq “Real Madrid”lə yeni mövsümün hazırlığına başlamazdan əvvəl tətilinin son günlərini Barselonada keçirdiyi qeyd olunub.

Qeyd edək ki, Mbappe və Eksposito münasibətlərini rəsmi şəkildə açıqlamayıblar. Buna baxmayaraq, onlar son aylarda bir neçə dəfə birlikdə görüntüləniblər.

İdman.Biz