“Trabzonspor”a keçidi başa çatan misirli hücumçu Məhəmməd Salah Türkiyə klubunun paylaşımı ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, “Trabzonspor” Salahın 61 nömrəli formanı geyindiyi fotonu yayımlayıb. Lakin bu, misirli futbolçunun yeni mövsümdə məhz həmin nömrə ilə çıxış edəcəyi anlamına gəlmir.
Bildirilib ki, 61 rəqəmi Trabzon bölgəsi üçün xüsusi simvolik məna daşıyır. Bu rəqəm şəhərin poçt indekslərinin əvvəlində yer alır, həmçinin bölgədə qeydiyyatdan keçən avtomobillərin dövlət nömrə nişanları da 61-lə başlayır. Bundan başqa, "Trabzonspor" azarkeşləri ənənəvi olaraq matçların 61-ci dəqiqəsində möhtəşəm tribun şouları nümayiş etdirirlər.
Bu səbəbdən Salaha təqdim edilən 61 nömrəli forma daha çox simvolik xarakter daşıyır. Onun yeni komandasında hansı nömrə ilə çıxış edəcəyi isə hələlik dəqiqləşməyib.
