Kriştiano Ronaldo “Globe Soccer Awards”a layiq görülüb

Xəbərlər
19 Yanvar 2024 22:33
193
Kriştiano Ronaldo “Globe Soccer Awards”a layiq görülüb

Dubayda 2023-cü ilin ən yaxşıları müakafatlandırılıb.

İdman.biz xəbər verir ki, “Globe Soccer Awards”ın qalibləri bəlli olub.

“Mançester Siti” ilin ən yaxşı komandası seçilib. Klubun baş məşqçisi Xosep Qvardiola, hücumçusu Erlinq Holand, yarmmüdafiəçisi Rodri və qapıçısı Ederson da ən yaxşılar arasında olub.

“Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo 3 mükafat əldə edib.

Globe Soccer Awardsın bütün nominantları
2023-cü ilin ən yaxşı məşqçisi – Xosep Qvardiola (“Mançester Siti”)
2023-cü ilin ən yaxşı qapıçısı – Ederson (“Mançester Siti”, Braziliya);
2023-cü ilin ən yaxşı yarımmüdafiəçisi – Rodri (“Mançester Siti”, İspaniya)
2023-cü ilin ən yaxşı ən gənc futbolçusu – Cud Bellingem (“Real”, İngiltərə)
2023-cü ilin ən yaxşı futbolçusu – Erlinq Holand (“Mançester Siti”, Norveç)
2023-cü ilin ən yaxşı qadın futbolçusu – Aytana Bonmati (“Barselona”, İspaniya)
2023-cü ilin Yaxın Şərqin ən yaxşı futbolçusu – Kriştiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya)
2023-cü ilin ən yaxşı bombardirinə verilən Maradona mükafatı – Kriştiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya)
2023-cü ilin ən yaxşı futbolçusu (azarkeşlərin rəyinə görə) – Kriştiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya)
2023-cü ilin ən yaxşı komandası – “Mançester Siti”

İdman.biz