Tuxel İspaniyaya məğlubiyyətinin səbəbini açıqladı: “Anlamıram, niyə bu qədər səhvə yol veririk”

27 Sentyabr 2026 08:16
89
Tuxel İspaniyaya məğlubiyyətinin səbəbini açıqladı: “Anlamıram, niyə bu qədər səhvə yol veririk”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Millətlər Liqasının birinci turunda İspaniyaya məğlubiyyətdən (2:3) sonra fikirlərini bölüşüb.

İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, Tuxel açıqlamasında komandasının oyun zamanı yol verdiyi səhvlərdən danışıb:

“Oyuna nəzarət etməyi sevən İspaniya kimi komanda ilə matçda çox uğursuz başlanğıc etdik. Bu, inamımızı bir qədər sarsıtdı, bu normaldır. Daha iki ciddi səhvə yol verdik və daha iki əla fürsəti əldən verdik. Lakin biz bu anların öhdəsindən gəldik və tədricən oyuna daxil olduq”.

O, sözlərinə belə davam edib: “Topu itirmədən çox cəsarətli oynadıq, topla getdikcə daha yaxşı işlədik, daha çox imkanlar yaratdıq. Fərq onda idi ki, onlar meydanın son üçdə birində daha soyuqqanlı və inamlı hərəkət edirdilər. Təəssüf ki, növbəti texniki səhv bizə baha başa gəldi, təşəbbüs yenidən bizə keçdi, müdafiədə daha yaxşı oynamalı olduğumuz halda oyundan qol buraxdıq”.

Tuxel komandasının səhvlərinin çoxluğundan narazılığını da dilə gətirib: “Anlamıram, niyə bu qədər səhvə yol veririk. Əlbəttə, biz ən yaxşılara qarşı oynayırıq. Lakin bu, çox tez-tez baş verir və ən yüksək səviyyədə bizi cəzalandırırlar”.

İdman.Biz