Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Xəbərlər
19 Yanvar 2024 13:38
146
Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Joze Mourinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis “Əl-Şəbəb” klubu ilə şifahi anlaşıb.

“Roma”nın istefaya göndərdiyi çalışdırıcı yaxın günlərdə müqavilə imzalamaq üçün Ər-Riyada gedəcək. O, klubun inkişafı üçün öz planını təqdim edəcək.

Qeyd edək ki, “Əl-Şəbəb” hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 11-ci yerdə qərarlaşıb.

İdman.biz

Məqalədə: