“Real Sosyedad” “Vulverhempton” üzərində əzmkar qələbə qazanıb

25 İyul 2026 22:40
97
“Real Sosyedad” “Vulverhempton” üzərində əzmkar qələbə qazanıb

İngiltərənin “Vulverhempton” klubu ilə İspaniyanın “Real Sosyedad” klubu arasında keçirilən yoldaşlıq oyunu başa çatdı.

İdman.Biz xəbər verir ki, oyun San Sebastyan komandasının 2:1 hesablı qələbəsi ilə bitib.

“Vulverhempton”un yarımmüdafiəçisi Rodriqo Qomes 17-ci dəqiqədə hesabı açdı. İspaniya klubunun hücumçusu Orri Oskarsson 34-cü dəqiqədə bərabərlik qolunu vurdu. Yarımmüdafiəçi Aleks Lebarbye 83-cü dəqiqədə “Real Sosyedad”a üstünlük qazandırdı və yekun hesabı 2:1 etdi.

Ötən mövsüm “Vulverhempton” İngiltərə Premyer Liqasının turnir cədvəlində sonuncu yerdə qərarlaşmış və aşağı liqaya düşmüşdü. Onlar 2026/2027 mövsümündə Çempionşipdə oynayacaqlar.

“Real Sosyedad” ötən mövsüm İspaniya La Liqasının turnir cədvəlində 10-cu yeri tutmuşdu. San Sebastyan komandasının aktivində 38 liqa oyunundan sonra 46 xalı var.

İdman.Biz