“Arsenal” “Real Madrid”in cinah oyunçusu Vinisius Juniorun transferini nəzərdən keçirir. Klublar hələlik danışıqlar aparmayıblar, lakin braziliyalı cinah oyunçusunun transferi ideyası “topçular”ın bütün səviyyələrində təsdiqlənib.
İdman.Biz bu barədə “The Athletic”in jurnalisti Devid Ornşteynə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Los Blancos” hələlik Vinisiusun 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı irəliləyiş əldə etməyib. Lakin "Real Madrid" 26 yaşlı futbolçunun klubdan pulsuz ayrılmasını istəmir.
Ötən mövsüm hücumçu bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 140 milyon avrodur.
