"Əl-Hilal" rəsmi saytında "Vest Hem"dən cinah oyunçusu Krisensio Sammervilin transferini elan edib.
İdman.Biz bildirir ki, daha əvvəl mediada Səudiyyə Ərəbistanı klubunun hollandiyalı hücumçunu sabit 55 milyon avro və bonus olaraq 10 milyon avro müqabilində əldə edəcəyi bildirilirdi. 24 yaşlı futbolçu dörd illik müqavilə imzalayıb.
Sammervil ötən mövsüm bütün yarışlarda 34 oyunda meydana çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər idi. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.
