"Milan"ın hücumçusu Rafael Leao gələcəyi ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, daha əvvəl futbolçunun bu yay "rossoneri"dən ayrıla biləcəyi bildirilirdi.
"Artıq klubla yeni karyera qurmaq imkanını müzakirə etmişəm, amma bundan sonra nə olacağını bilmirəm. İyulun 29-da "Milan"a getməliyəm. O vaxta qədər mənə çox şey verən formaya hörmətimdən irəli gələrək əlimdən gələni edəcəyəm. Bu klub mənə bir çox cəhətdən kömək edib, amma həyatda ambisiyalarım da var. Uyğun fürsət yaranarsa, onu araşdıracağam, amma hələ ki "Milan"ın oyunçusuyam", - Leao bildirib.
