“Barselona” “Tottenhem”dən ayrılmağa yaxın olan Romeronu izləyir

25 İyul 2026 04:10
87
“Barselona” “Tottenhem”dən ayrılmağa yaxın olan Romeronu izləyir

"Barselona" London klubundan ayrılmağı düşünən "Tottenhem"in mərkəz müdafiəçisi Kristian Romeronun vəziyyətini izləyir.

İdman.Biz-in Sport.es-ə istinadən məlumatına görə, argentinalı oyunçu "Tottenhem"lə razılığa gələrsə, bu yay klubdan ayrılacaq.

Mənbənin məlumatına görə, "Tottenhem" Romeronu 50 milyon avro dəyərində qiymətləndirir - bu rəqəm "Barselona" üçün problem yarada bilər. Müdafiəçinin ətrafı həmçinin "İnter"lə danışıqlar aparır. Argentinalı oyunçu "Tottenhem"ə keçməzdən əvvəl oynadığı İtaliya liqasına qayıtmağa hazırdır.

Ötən mövsüm Romero bütün yarışlarda 32 oyun keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

İdman.Biz