"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Real Madrid"ə keçmək üçün əlindən gələni edir.
İdman.Biz bildirir ki, Rodri Xosep Qvardiolanın gedişindən sonra 2027-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək istəmir. "El Debate"nin məlumatına görə, 30 yaşlı futbolçu İspaniya nəhənginə qoşulmaq üçün son şansının qaldığına inanır.
Mənbənin məlumatına əsasən, Rodri müqaviləsinin bitməsinin yaxınlaşdığını nəzərə alaraq, potensial transfer qiymətini aşağı saxlamaq üçün "Mançester Siti" ilə razılığa gələ bilib. Yarımmüdafiəçi bazar dəyərini sabit ödəniş kimi 45 milyon avroya endirməklə yanaşı, əlavə 5 milyon avro bonuslar da təklif edib.
Ötən mövsüm Rodri bütün yarışlarda 33 oyunda meydana çıxıb və iki qol vurub. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
