“Hoffenhaym” Almaniyanın yeddinci liqa klubu olan “Massenbakhausen”i yoldaşlıq oyununda 21:0 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, oyun Massenbakhausen klubunun idman meydançasında baş tutub.
Bu matçda qolları Tim Lemperle (4), Deniz Zeitler (2), Maks Moerstedt (2), Bambaze Konte (2), Alessandro Vogt (2), Oskar Henke (2), Aleks Honizer (2), Artur Çaves, Albian Haydari, Natnael Abraha, Umut Tohumcu və Şon Duliç vurublar.
“Hoffenhaym” ötən mövsüm Bundesliqanın turnir cədvəlində beşinci yeri tutub.
Yeni Bundesliqa mövsümünün ilk turunda komanda 29 avqustda səfərdə “Köln”lə oynayacaq.
