“Arsenal” yeni səfər formasını təqdim edib - FOTO/VİDEO

24 İyul 2026 12:15
114
“Arsenal” yeni səfər formasını təqdim edib

İngiltərə çempionu “Arsenal” futbol klubu 2026/27 mövsümü üçün yeni səfər formasını təqdim edib.

İdman.Biz xəbər verir ki, yeni forma tünd göy rəngdə hazırlanıb, üzərində isə parlaq sarı və qırmızı detallardan istifadə olunub.

Dizayn “topçular”ın 1991-ci ildə geyindiyi məşhur səfər formasından ilhamlanıb. Klub klassik üslubu müasir elementlərlə birləşdirərək yeni görünüş yaradıb.

İdman.Biz