İspaniya məğlubiyyətsiz seriyaya görə dünya rekordunu təkrarlayıb

15 İyul 2026 04:17
114
İspaniya məğlubiyyətsiz seriyaya görə dünya rekordunu təkrarlayıb

İspaniya milli komandası 2026-cı il dünya çempionatının yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək məğlubiyyətsiz seriyasını 37 oyuna çatdırıb.

İdman.Biz bildirir ki, komandalar ABŞ-ın Arlinqton şəhərindəki AT&T stadionunda oynayıblar.

Bu qələbə onlara İtaliyanın 2018-ci ildən 2021-ci ilə qədər davam edən 37 oyunluq məğlubiyyətsiz seriyasına çatmaq imkanı verib.

İspaniya sonuncu dəfə 22 mart 2024-cü ildə uduzub, o zaman onlar yoldaşlıq görüşündə Kolumbiyaya 1-0 hesabı ilə məğlub olublar.

İdman.Biz