"Mançester Siti"nin hücumçusu Erlinq Holand UEFA-nın 2022/2023 mövsümünün ən yaxşı oyunçusu seçilib.
İdman.biz xəbər verir ki, bu mükafata ilk üç iddiaçıda norveçlidən başqa Holandın komanda yoldaşı Kevin de Bruyne, eləcə də ötən mövsüm Fransanın PSJ-də çıxış edən Lionel Messi yer alıb.
Bu həftənin əvvəlində Holand İngiltərə Premyer Liqasında ilin ən yaxşı oyunçusu seçilib. Holand ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxıb, 52 qol vurub və 9 məhsuldar ötürmə edib.
Xatırladaq ki, bu gün, avqustun 31-də Monakoda Çempionlar Liqasının 2023/2024 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Bundan əlavə, bu tədbirdə UEFA ötən mövsümün nəticələrinə görə futbol üzrə müxtəlif mükafatların qaliblərini elan edib.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola UEFA tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.
İdman.biz