Türkiyədə iki futbol hakimi həbs edilib

6 Oktyabr 2026 07:12
123
Türkiyədə iki futbol hakimi həbs edilib

Türkiyədə futbol matçı zamanı mümkün pozuntularla bağlı aparılan araşdırma çərçivəsində saxlanılan Superliqanın hakimi Yasin Kol və onun köməkçisi Göktuğ Hazar Erel barəsində qərar qəbul edilib.

İdman.Biz Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hər iki hakim ifadə verib.

Bundan sonra Yasin Kol “həvəsləndirmə”, Göktuğ Hazar Erel isə “rəsmi sənədin saxtalaşdırılması” ittihamı ilə həbs tələbi ilə məhkəməyə göndərilib. Məhkəmə onların həbs edilməsi barədə qərar çıxarıb.

Daha əvvəl hakimlər Trabzonda keçirilən “Trabzonspor” və İrlandiyanın “Droeda Yunayted” komandaları arasındakı yoldaşlıq oyunundan sonra saxlanılmışdılar. Onların maxinasiyalarda və xidməti səlahiyyətlərdən sui-istifadədə iştirak etmələri ilə bağlı iddialar araşdırılır.

İdman.Biz