Portuqaliyalı hücumçu Kriştianu Ronaldunun oynadığı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu maliyyə çətinlikləri ilə üzləşir.
İdman.Biz bu barədə "Ərriyadiyah"a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, klub rəhbərliyi maliyyə böhranı ilə üzləşir və bu da bir sıra inzibati və texniki məsələlər üzrə işlərin dayandırılmasına səbəb olub. Böhran əmək haqqı ödənişlərinə də təsir edib: bir neçə əsas oyunçu iyun ayı üçün yalnız qismən maaş alıb. Rəhbərlik ödənilməmiş əmək haqqını ödəmək üçün çalışır.
Bundan əlavə, maliyyə çətinlikləri Marselo Brozoviçin yerinə əcnəbi oyunçu ilə müqavilə bağlamaq işini dayandırıb. Klub rəhbərliyi maliyyə vəziyyətinin yaxşılaşmasını gözləyərək bu məsələni hələlik təxirə salıb.
“Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb.
