DÇ-2026-dan kənarlaşdırılan hakim vəfat edib

13 İyul 2026 20:17
259
DÇ-2026-dan kənarlaşdırılan hakim vəfat edib

2026-cı il dünya çempionatında oyunları idarə etməkdən kənarlaşdırılan niderlandlı hakim Rob Diperink 38 yaşında vəfat edib.

İdman.Biz bildirir ki, bu barədə Niderland Kral Futbol Assosiasiyası (KNVB) məlumat verib.

Mənbənin məlumatına görə, polis Diperinkin yaşadığı küçədə bir kişinin ölümünü araşdırır. KNVB daha sonra hakimin ölümünü təsdiqləyib. Qeyd olunur ki, başqalarının da iştirakı istisna edilib.

Aprel ayında Diperink yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi əlaqəyə təşviq etmə hadisəsi barədə məlumat verdikdən sonra həbs edilib. Britaniya polisi kifayət qədər dəlil olmadığı üçün istintaqı dayandırıb. Buna baxmayaraq, FIFA Diperinki dünya çempionatı üçün təyin olunmuş hakimlər siyahısından çıxarmaq qərarına gəlib.

İdman.Biz