“Çelsi”nin baş məşqçisi Xabi Alonso yarımmüdafiəçi Alexandro Qarnaçonun bu yay klubdan ayrılacağını təsdiqləyib.
İdman.Biz xəbər verir ki, “göylər”in meneceri bu xəbəri hazırda keçirilən mətbuat konfransında açıqlayıb.
“Bəli... Ona digər klublar da maraq göstərir. Ümid edirəm ki, hər şey hamı üçün yaxşı nəticələnəcək”, - deyə Alonso bildirib.
Daha əvvəl mediada “Çelsi”nin 22 yaşlı yarımmüdafiəçini satmağa hazır olduğu bildirilirdi. Transfer haqqı təxminən 50 milyon avro ola bilər.
Qarnaço 2025-ci ilin avqust ayından bəri “göylər”də oynayır, o vaxt klub onu “Mançester Yunayted”dən 40 milyon avroya alıb. Onun müqaviləsi 2032-ci ilə qədərdir.
Ötən mövsüm oyunçu bütün yarışlarda 39 oyunda meydana çıxıb, səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, Qarnaçonun bazar dəyəri 28 milyon avrodur.
