“Real Madrid”in qapıçısı Tibo Kurtua 2026/27 İspaniya liqası mövsümünün əvvəlində formada olacaq.
İdman.Biz bildirir ki, belçikalı tibbi müayinədən keçib və ciddi zədə aşkarlanmayıb.
Jurnalist Arança Rodriges bu barədə sosial media səhifəsində məlumat verib.
Daha əvvəl mediada Kurtuanın 2026-cı il dünya çempionatında aldığı zədə səbəbindən qarşıdakı mövsümün əvvəlində meydana çıxa bilməyəcəyi bildirilirdi.
Kurtua zədəni 2026-cı il dünya çempionatının dörddəbir finalında İspaniyaya qarşı oyunda (1:2) almışdı. O, 71-ci dəqiqədə əvəzlənib. Nəticədə, belçikalı ehtiyat qapıçı səhvə yol verib və İspaniyanı yarımfinala çıxaran həlledici qolu buraxıb.
