Almaniya Futbol Assosiasiyası (DFB) rəsmi olaraq Yurgen Kloppun Almaniya milli komandasının baş məşqçisi təyinatı ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
İdman.Biz xəbər verir ki, Klopp 2025-ci ildən "Red Bull"un Beynəlxalq Əlaqələr üzrə direktor vəzifəsində çalışır. Onun müqaviləsi 2029-cu ilin sonuna qədərdir. Red Bull-da işləməzdən əvvəl mütəxəssis 2015-ci ildən 2024-cü ilə qədər "Liverpul"u idarə edib.
"DFB prezidenti Bernd Noyendorf və DFB vitse-prezidenti Hans-Yoahim Vatzke dünən Nyu-Yorkda Yurgen Kloppla onun Almaniya milli komandasının baş məşqçisi təyinatı ilə bağlı ilkin dərin danışıqlar aparıblar. Konstruktiv dialoq zamanı tərəflər potensial müqavilənin əsas şərtləri barədə razılığa gəliblər.
Danışıqlar gələn həftə davam edəcək. Hər iki tərəf Kloppun hazırkı işəgötürəni Red Bull ilə razılaşma əldə edildikdən sonra uğurlu nəticəyə əmindir. Nəticədə, hər hansı potensial müqavilə Müşahidə Şurasının birgə iclasında və DFB GmbH & Co. KG Səhmdarlarının Yığıncağında təsdiqlənməlidir", - deyə DFB-nin açıqlamasında bildirilib.
