“Çelsi”nin keçmiş sahibi vəfat edib

11 İyul 2026 19:55
71
“Çelsi”nin keçmiş sahibi vəfat edib

"Çelsi"nin keçmiş sahibi Ken Beyts 94 yaşında vəfat edib.

İdman.Biz bildirir ki, bu barədə xəbəri London klubunun rəsmi saytı yayıb.

"Çelsi" Futbol Klubunun keçmiş sahibi və sədri Ken Beytsın vəfatını dərin kədərlə elan edirik. Klub Kenin həyat yoldaşı Syuzana və bütün ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir. Kenin çətin anlarda "Çelsi" üçün mübarizə aparmaq və komandanı qələbəyə aparmaq əzmi heç vaxt unudulmayacaq", - "göylər"in açıqlamasında deyilir.

Beyts 1982-ci ildə "Çelsi"ni 1 funt sterlinqə satın alıb və klubun 1,5 milyon funt sterlinqə (1,755 milyon avro) bərabər olan borclarını ödəyib. O, "göylər"i 2003-cü ilə qədər idarə edib və sonra klubu Roman Abramoviçə satıb. Beytsin rəhbərliyi altında "Çelsi" iki dəfə İngiltərə Kubokunu, Liqa Kubokunu, Kubok Qalibləri Kubokunu və UEFA Superkubokunu qazanıb.

İdman.Biz