"Real Madrid" və braziliyalı hücumçu Vinisius Junior oyunçunun müqaviləsinin uzadılması üçün rəsmi olaraq görüş təyin ediblər.
İdman.Biz bu barədə AS-a istinadən məlumat verir.
Vinisiusun klubdan ayrıla biləcəyi barədə daha əvvəl məlumatlar yayılmışdı. Səbəb kimi hücumçu Kilian Mbappe ilə gərginlik göstərilmişdi.
Braziliyalı hücumçu 2018-ci ildən "Real Madrid"də çıxış edir. Ötən mövsüm Vinicius bütün yarışlarda 53 oyun keçirib, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 140 milyon avrodur. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
