"Mançester Yunayted" "Lids Yunayted" və "Nyukasl"ın keçmiş qapıçısı Karl Darlou ilə müqavilə imzalamağa razılıq verib.
İdman.Biz-in jurnalist Fabrizio Romanoya istinadən bildirdiyinə görə, 35 yaşlı qapıçı 1 iyul tarixindən etibarən azad agentdir.
Mənbənin məlumatına görə, əmək müqaviləsinin imzalanması 10 iyul cümə günü baş tutacaq. Qapıçı Altay Bayındırın "qırmızı şeytanlar"dan ayrılacağı gözlənilir.
Darlounun son klubu 2023-cü ilin yayından bəri oynadığı "Lids Yunayted" olub. Bu müddət ərzində 35 yaşlı qapıçı bütün yarışlarda 38 oyunda meydana çıxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 200.000 avrodur.
