Mərakeş millisinin qapıçısı Yassin Bunu dünya çempionatlarında rekord sayda penalti dəf edən qapıçılar siyahısına qoşulub.
İdman.Biz bildirir ki, o, DÇ-2026-nın dörddəbir finalında Fransa ilə matçda Kilian Mbappenin penaltisini dəf edib.
Opta-nın məlumatına görə, bu onun mundialda dəf etdiyi dördüncü penalti olub.
Mərakeşli kimi, almaniyalı Harald Şumaxer, xorvatiyalılar Dominik Livakoviç və Daniel Subaşiç, argentinalı Serxio Qoykoeçea və ispaniyalı İker Kasilyas da dünya çempionatlarında hər biri dörd penaltidən xilas olublar. Statistika 1996-cı ildən bəri aparılır.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində Meksika, Kanada və ABŞ-da keçirilir. Argentina hazırkı çempiondur.
