Seneqal və Kamerun da daxil olmaqla bir neçə Afrika milli komandasının keçmiş baş məşqçisi və PSJ-nin keçmiş idman direktoru Klod Le Rua FIFA prezidenti Canni İnfantinonu tənqid edib.
İdman.Biz bildirir ki, onun tənqidi ABŞ millisinin hücumçusu Folarin Baloqunun bir oyunluq diskvalifikasiyasının təxirə salınması ilə bağlı mübahisəli qərarla bağlıdır.
“Bu adamın hələ də FİFA-nın rəhbərliyində olmasından dəhşətə gəlirəm. Qarşıdan gələn seçkilərdə onun mahiyyət etibarilə yeganə namizəd olmasına necə dözümlü olmaq olar?
Onun bir xüsusiyyəti var: o, poliqlotdur. Amma o, çox dil bilən sarsaqdır, futbol üçün təhlükədir. O, heç bir müsbət şey gətirməyib və idmanın nüfuzunu ictimaiyyətin gözü qarşısında ləkələyib.
Bu gün, küçədə və ya dostların arasında futbol haqqında danışan insanları eşidəndə deyirlər: “Hamısı cəfəngiyatdır. Vərəqənin ləğvini istənilən şəxsə sata bilərsiniz. Sadəcə ona zəng etmələri lazımdır və FİFA İntizam Komitəsi mövcud deyil”. Yüksək səviyyəli peşəkar futbolun bu gün dünyaya təqdim etdiyi imic məni dəhşətə gətirir”, - deyə L'Équipe Le Ruanın sözlərini sitat gətirir.
Xatırladaq ki, daha əvvəl amerikalı hücumçunun cəzasının bir il müddətinə təxirə salındığı elan edilmişdi. Beləliklə, o, əvvəlki oyunda meydandan qovulmasına baxmayaraq, 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Belçika millisinə qarşı (1:4) oyunda iştirak edə bildi.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.
