“Barselona” transferlər üçün 210 milyon avro kredit götürüb

9 İyul 2026 20:31
67
“Barselona” transferlər üçün 210 milyon avro kredit götürüb

“Barselona” yay transfer kampaniyasını maliyyələşdirmək üçün 210 milyon avroluq bank krediti alıb.

İdman.Biz-in “Marca”ya istinadən məlumatına görə, vəsaitin böyük hissəsi üç oyunçunun – “Atletiko Madrid”in hücumçusu Xulian Alvares, “Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo və “Borussiya Dortmund”un cinah oyunçusu Kərim Adeyeminin alınmasına sərf olunacaq.

Mənbənin məlumatına görə, kreditin bir hissəsi həmçinin əmək haqqı da daxil olmaqla əməliyyat xərclərinin ödənilməsinə də sərf olunacaq. Kredit klubun gələcək gəlirləri ilə təmin olunub.

İdman.Biz