Brahim Dias Fransa ilə oyun barədə: “Favoritlərdən biri ilə qarşılaşırıq”

9 İyul 2026 20:46
63
Brahim Dias Fransa ilə oyun barədə: “Favoritlərdən biri ilə qarşılaşırıq”

Mərakeş millisinin hücumçusu Brahim Dias 2026-cı il dünya çempionatının dörddəbir finalında Fransa ilə oyun barədə gözləntilərini bölüşüb.

İdman.Biz bildirir ki, oyun bu gecəyarısı başlayacaq.

“Mən həmişə məsuliyyəti öz üzərimə götürürəm və təzyiqdən zövq alıram. Bunlar hər bir oyunçunun oynamaq istədiyi matçlardır və mən hazıram. Oyundan əvvəl öz qabiliyyətlərimə əminəm və bilirəm ki, bütün gücümüzü sərf edəcəyik.
Komanda yoldaşlarım mənə çox kömək edirlər, çünki biz çox möhkəm bir qrupuq. Biz favoritlərdən biri ilə qarşılaşırıq, amma biz buradayıq, çünki Fransa ilə rəqabət apara bilərik və eyni zamanda iddialılar arasındayıq. Qalib gəlmək istəyirik. Bütün gücümüzü sərf edəcəyik və bacardığımız hər şeyi göstərəcəyik”, - Días rəsmi FIFA saytında bildirib.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı çempiondur.

İdman.Biz