DÇ-2026-da futbolçular arasında qapıçıların göstəriciləri də diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, bu günə kimi mundialda ən çox seyv edən qapıçıların siyahısına Paraqvay millisinin üzvü Orlando Gill başçılıq edir.
“Squawka”ın hazırladığı statistikada Gill 23 seyv ilə birinci pillədə qərarlaşıb. Paraqvaylı qapıçı turnir ərzində komandasının ən vacib fiqurlarından birinə çevrilib.

İkinci sırada Kürasao millisinin qapıçısı Eloy Room yer alıb. O, DÇ-2026-da 20 seyv edib.
Portuqaliya millisinin qapıçısı Dioqo Kosta isə 19 seyv ilə ilk üçlüyü tamamlayıb. Kabo-Verde millisindən Vozinya 18, Səudiyyə Ərəbistanından Məhəmməd əl-Ovays isə 16 seyv ilə növbəti yerlərdə qərarlaşıb.

Niderland qapıçısı Bart Verbruqqen və İsveçrə millisinin üzvü Qreqor Kobel də 16 seyvlik nəticə göstəriblər.
İlk onluqda İran millisindən Əlirza Beyranvand 15, Konqo DR qapıçısı Lionel Mpasi və Avstraliya millisindən Patrik Biç isə 14 seyv ilə yer alıblar.
