Kollina Misirin ittihamlarına nöqtə qoydu

9 İyul 2026 15:41
110
Kollina Misirin ittihamlarına nöqtə qoydu

FIFA Hakimlər Komitəsinin sədri Pierluidji Kollina Misir milli futbol komandasının DÇ-2026-da Argentina ilə oyundan sonra səsləndirdiyi ittihamlara münasibət bildirib.

İdman.Biz xəbər verir ki, italiyalı funksioner 1/8 final matçındakı hakimliklə bağlı narazılıqları əsassız sayıb.

Misir tərəfi Argentina ilə görüşdə 2:3 hesablı məğlubiyyətdən sonra FIFA-ya şikayət edib. Onlar Mostafa Zikonun ləğv edilən qoluna və Məhəmməd Salaha qarşı epizodda penalti verilməməsinə etiraz ediblər.

Kollina isə hakimlərin heç bir təsir altında qərar vermədiyini bildirib:

“Heç kim iddia edə bilməz ki, FIFA hakimliyi kiminsə təsiri altına düşə bilər. Əsassız ittihamların bizim idman növündə yeri yoxdur. Heç kim dünya çempionatı oyunlarının hakimlərinin dürüstlüyünü şübhə altına ala bilməz”.

FIFA rəsmisi VAR qərarlarını da müdafiə edib. Onun sözlərinə görə, Zikonun qolundan əvvəl qayda pozuntusu olub və epizod düzgün şəkildə ləğv edilib.

Kollina Salahla bağlı epizodda da penalti qərarının verilməməsini normal futbol mübarizəsi ilə izah edib.

Qeyd edək ki, Argentina DÇ-2026-nın 1/8 finalında Misiri 3:2 hesabı ilə məğlub edib. Komanda 0:2 geridə olduğu görüşdə hesabı dəyişməyi bacarıb və dörddəbir finala yüksəlib. 1/4 finalda Argentina İsveçrə ilə qarşılaşacaq. Oyun 12 iyul, Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

İdman.Biz