Futbol üzrə DÇ-2026-nın 1/8 final mərhələsində bir neçə gün əvvəl keçirilən Argentina - Misir matçının təyyarədə necə izlənilməsi ilə bağlı maraqla görüntü yayılıb.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan video azarkeşlər arasında gündəm olub.
Sərnişinlərdən biri Argentina - Misir oyununu canlı izləmək üçün uçuş zamanı internet alıb. Lakin qısa müddət sonra hadisə şəxsi maraqdan çıxaraq bütün təyyarənin ortaq həyəcanına çevrilib. Sərnişin notbukunu əlinə götürərək ayağa qalxıb. Bütün təyyarə oyunu izləyə bilməsə də, tam səssiz formada qalaraq dinləməyə başlayıblar.
Beləliklə, təyyarədə qeyri-adi mundial atmosferi yaranıb.
Qeyd edək ki, Argentina DÇ-2026-nın 1/8 finalında Misiri 3:2 hesabı ilə məğlub edib. Komanda 0:2 geridə olduğu görüşdə hesabı dəyişməyi bacarıb və dörddəbir finala yüksəlib. 1/4 finalda Argentina İsveçrə ilə qarşılaşacaq. Oyun 12 iyul, Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
