Yeni mövsümə Ramiz Məmmədovun rəhbərliyi altında başlayacaq “Karvan-Yevlax” futbol klubununun məşqçilərindən birinin kimliyi bəllidir.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, Məqsəd Yaqubəliyev yenə Məmmədovun əsas yardımçısı olacaq.
R.Məmmədov “Şamaxı” və son olaraq, “Mingəçevir”də olduğu kimi, yenə Yaqubəliyevlə birgə işləməyə üstünlük verib.
Xatırladaq ki, Ramiz Məmmədovun rəhbərliyi altında Birinci Liqadakı mübarizəni ikinci pillədə tamamlayan “Mingəçevir” Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.
Elitada “Karvan-Yevlax”ın “sükanı arxası”nda olan və komandanın Birinci Liqaya yuvarlanmasının qarşısını ala bilməyən Füzuli Məmmədov isə Aran təmsilçisini “Şahdağ Qusar”a dəyişib.
