Qurban Qurbanov üç futbolçunu heyətə salmadı - FOTO

9 İyul 2026 13:44
106
Qurban Qurbanov üç futbolçunu heyətə salmadı - FOTO

“Qarabağ” futbol klubu Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə keçirəcəyi qarşılaşmalar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun hazırladığı siyahıda Joni Montiel, Jeremi Qnali və qapıçı Martin Zlomisliçin adları yer almayıb.

Onların hansı səbəbdən daxil edilmədiyi bəlli deyil.

Qeyd edək ki, “Qarabağ” futbol klubu bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının 2026/2027 mövsümünün ilk oyununda İslandiyanın “Vestri” komandasını qəbul edəcək.

İdman.Biz