Belçika FIFA-ya şikayət etdi, meydan dəyişdirildi

9 İyul 2026 15:16
82
Belçika FIFA-ya şikayət etdi, meydan dəyişdirildi

Belçika milli futbol komandası DÇ-2026-nın dörddəbir finalında İspaniya ilə oyun öncəsi məşq meydançasından narazı qalıb.

İdman.Biz xəbər verir ki, Belçika Kral Futbol Assosiasiyası bununla bağlı FIFA-ya şikayət edib.

Komanda Los-Ancelesdəki Loyola Merimaunt Universitetində hazırlığa başlamalı idi. Lakin meydançanın örtüyü məşq üçün tələb olunan minimum standartlara cavab verməyib.

Bundan sonra Belçika tərəfi FIFA-ya müraciət edərək məşq yerinin dəyişdirilməsini istəyib. Təşkilat bu tələbi qəbul edib.

Nəticədə Belçika millisinin hazırlığı Karson şəhərindəki “Los-Anceles Qalaksi”nin məşq bazasına köçürülüb.

Bu hadisə İspaniya ilə vacib oyun öncəsi komandanın hazırlıq planına təsir edib. Belçikalılar dörddəbir finala ABŞ üzərində 4:1 hesablı qələbədən sonra yüksəliblər.

Qeyd edək ki, İspaniya - Belçika matçı 10 iyulda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz