“Hoffenhaym”ın bosniyalı hücumçusu Haris Tabakoviç Avstriyanın “Red Bull Zalsburq” klubuna transfer olunmaq üçün razılıq verib.
İdman.Biz bu barədə insayder Floriant Plettenberqə istinadən bildirir.
Məlumata görə, klublar artıq transfer şərtləri ilə bağlı tam razılığa gəliblər.
Müqavilənin təxminən 5 milyon avro dəyərində olacağı gözlənilir. 32 yaşlı futbolçu tezliklə tibbi müayinədən keçəcək və 2029-cu ilə qədər müqavilə imzalayacaq.
