Buaddi Peledən sonra mundialın dörddəbir finalınd oynayan ikinci ən gənc oyunçudur

10 İyul 2026 01:23
72
Buaddi Peledən sonra mundialın dörddəbir finalınd oynayan ikinci ən gənc oyunçudur

Mərakeş millisinin yarımmüdafiəçisi Əyyub Buaddi 2026-cı il dünya çempionatı dörddəbir finalında Fransa ilə keçiriləcək matçda milli komandasının start heyətində yer alıb.

İdman.Biz bildirir ki, bu, Buaddini Peledən sonra Dünya Kuboku dörddəbir finalında meydana çıxan ikinci ən gənc oyunçu edir.

Buaddinin yaşı hazırda 18 il 280 gündür. Əfsanəvi braziliyalı hücumçu isə 1958-ci il dünya çempionatının dörddəbir finalında 17 yaş 239 günlüyündə oynayıb.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı çempion Argentinadır.

İdman.Biz