2026-cı il dünya çempionatında Norveç millisinin qapıçısı Eryan Nuland "Mançester Siti"yə keçə bilər.
İdman.Biz-in "The Sun"a istinadən məlumatına görə, "Siti"nin yeni baş məşqçisi Entso Mareska 35 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
Mənbənin məlumatına görə, "Lids" və daha üç ingilis klubu da Nulandla maraqlanır. Norveçlinin "Siti"yə keçidi baş tutarsa, qapıçı milli komandadakı komanda yoldaşı Erlinq Holandla yenidən birləşəcək.
View this post on Instagram
