Mbappe dünya çempionatlarında ən çox qələbə qolunu vuran oyunçudur

10 İyul 2026 05:15
69
Mbappe dünya çempionatlarında ən çox qələbə qolunu vuran oyunçudur

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatında səkkizinci matçında qələbə qolunu vuraraq bu göstəriciyə görə rekord qırıb.

İdman.Biz bildirir ki, bu barədə OptaJoe sosial mediada məlumat verib.

Mbappe 2026-cı il dünya çempionatının dörddəbir finalında Mərakeşə qarşı oyunda hesabı açıb. Fransa 2:0 hesabı ilə qalib gəlib.

Ümumilikdə, 27 yaşlı Kilian Mbappe 2026-cı il dünya çempionatında altı oyunda səkkiz qol vurub.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı çempion Argentinadır.

İdman.Biz