UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bolqarıstanın CSKA və Şimali İrlandiyanın “Derri Siti” klubları üz-üzə gəliblər.
İdman.Biz bildirir ki, Bolqarıstanda keçirilən matçda 5 qol vurulub.
Meydan sahibləri qalib gəliblər – 3:2. Qolları meydan sahiblərindən Yoannis Pittas (20, 53), Brunu Jordau (42), qonaqlardan isə Liam Boys (31) və Ceyms Olaynika (89) vurublar.
Cavab oyunu iyulun 16-da olacaq.
“Qarabağ” UEFA Konfrans Liqasının II mərhələsinə vəsiqə qazansa, bu cütlüyün qalibi ilə oynayacaq.
