UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları keçirilir.
İdman.Biz bildirir ki, Litvanın “Hegelmann” klubu Estoniyanın “Payde” komandasını qəbul edib.
Matç 1:1 hesablı heç-heçə ilə bitib. Qolları meydan sahiblərindən Vilyus Armanavyiçus (45+1), qonaqlardan isə Abdurahman Badamusi (37) vurublar.
Komandalar arasında cavab görüşü bir həftədən sonra olacaq.
Qeyd edək ki, “Zirə” klubu II təsnifat mərhələsinə adlayarsa, orada məhz bu cütlüyün qalibi ilə rastlaşacaq.
I təsnifat mərhələsinin ilk oyununda “Zirə” Gürcüstanın “Torpedo” klubunu 3:0 hesabı ilə məğlub edib.
