“Neftçi”nin potensial rəqiblərinin görüşündə qonaqlar qalib gəliblər

9 İyul 2026 23:23
93
“Neftçi”nin potensial rəqiblərinin görüşündə qonaqlar qalib gəliblər

İyulun 9-da Konfrans Liqasının seçmə mərhələsinin birinci turunda daha bir neçə oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, “Dinamo Minsk” Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb.

Belarus klubu azarkeşlərini sevindirmə bilməyib və 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu Esmir Hasukiç vurub.

Komandalar bir həftədən sonra Şimali Makedoniyada qarşılaşacaqlar.

Bu cütlüyün qalibi Konfrans Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubu ilə oynayacaq.

İdman.Biz