“Nyukasl” “Ayaks”ın yarımmüdafiəçisini transfer edib

9 İyul 2026 18:43
84
“Nyukasl” “Ayaks”ın yarımmüdafiəçisini transfer edib

“Nyukasl Yunayted” rəsmi olaraq 18 yaşlı niderllandlı yarımmüdafiəçi Şon Steyrin “Ayaks”dan transferini təsdiqləyib.

İdman.Biz bildirir ki, oyunçu ingilis klubu ilə açıqlanmayan məbləğ müqabilində beş illik müqavilə imzalayıb. O, 14 nömrəli formanı geyinəcək.

Steyr, fransız qapıçı Even Jauen və kot-d'ivuarlı cinah oyunçusu Bazuman Turedən sonra “sağsağanlar”ın hazırkı transfer pəncərəsindəki üçüncü transferidir. Ötən mövsüm yarımmüdafiəçi “Ayaks” akademiyasının ən yaxşı gənc istedadı kimi Əbdülhak Nuri Kubokunu qazanıb.

“Burada olmaq inanılmaz bir hissdir. Bu, nəhəng Premyer Liqa klubudur və dünyanın ən yaxşı liqasında oynamaq həmişə mənim arzum olub. Yeddi yaşımda “Ayaks”a qoşulduğum üçün özümü evdəki kimi hiss etdim, amma “Nyukasl” kimi bir klub sizinlə maraqlananda, imtina etmək çox çətindir”, - Steyr komandanın mətbuat xidmətindən sitat gətirilib.

İdman.Biz