“Barselona” “Qalatasaray”ın ulduzuna göz dikib

9 İyul 2026 18:13
64
“Barselona” “Qalatasaray”ın ulduzuna göz dikib

Türkiyənin “Qalatasaray” futbol komandasının hücumçusu Viktor Osimhen yenidən transfer gündəminə düşüb.

İdman.Biz xəbər verir ki, nigeriyalı futbolçu ilə İspaniyanın “Barselona” klubu maraqlanır.

İspaniya mətbuatının məlumatına görə, Kataloniya təmsilçisi hücum xəttini gücləndirmək üçün 27 yaşlı forvardı əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

“Barselona”nın transfer komitəsi Osimhenin fiziki gücü, qol duyumu və lider keyfiyyətlərini yüksək qiymətləndirir. Klub rəhbərliyinin futbolçunun bazar dəyəri, mümkün transfer məbləği və maaş tələbləri ilə bağlı ayrıca dosye hazırladığı bildirilir.

Məlumata görə, “Barselona” yaxın vaxtlarda “Qalatasaray” rəhbərliyi ilə birbaşa əlaqə qurmağı planlaşdırır. Məqsəd transfer şərtlərini öyrənmək və keçidin mümkünlüyünü dəqiqləşdirməkdir.

Əsas problem isə keçidin maliyyə tərəfidir. “Qalatasaray” Osimheni ucuz buraxmaq niyyətində deyil və hücumçunun transferi üçün yüksək məbləğ tələb edir.

Nigeriyalı futbolçu İstanbul klubunda göstərdiyi performansla azarkeşlərin sevimlisinə çevrilib. Onun komandadan ayrılmaq ehtimalı “Qalatasaray” fanatları üçün ciddi itki kimi dəyərləndirilir.

Qeyd edək ki, Osimhen daha əvvəl Avropanın bir neçə aparıcı klubunun da maraq dairəsində olub.

İdman.Biz